Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutub, nəticədə bir hərbi qulluqçumuz, gizir Telman Yaqublu şəhid olub.
Caliber.az sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb.
Məlum olub ki, saat 16:00 radələrində Basarkeçərdə yerləşən erməni postuna 2 mülkü avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərlə dialoqa giriblər. Az sonra yaxınlıqda yerləşən postumuza atəş açılıb və gizir Telman Yaqublu snayper gülləsinə tuş gəlib.
Cavab atəşi ilə təxribatı törədən erməni postu məhv edilib: erməni tərəfində ölən və yaralananlar var.
Paylaş