Gürcüstanın Rustavi şəhərində yerləşən həbsxanaların birində yanğın baş verib.
Korrupsiya.az xəbər verir ki, Gürcüstan Xüsusi Həbsxana Xidməti İdarəsindən verilən yazılı açıqlamada, yanğının Rustavidəki 17-ci həbsxananın mətbəxində baş verdiyi bildirilib.
Açıqlamada yanğın nəticəsində 2 məhkumun həyatını itirdiyi, işçilərin bir hissəsinin tüstüdən zəhərləndiyi, lakin sağlamlıq vəziyyətlərinin yaxşı olduğu da qeyd olunub.
Hadisə yerində araşdırmalar başladılıb.