Oktyabrın 2-də Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş verən partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Şamaxı rayon prokurorluğundan verilən məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.