Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

Korrupsiya.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, saxta səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar.

Qeyd edək ki, Babək Səmidli Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşərək şəhid olub. Babək Səmidli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Paylaş