Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanına yeni müavin təyin edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Heydər Əliyev adına Hərbi Liseyinin rəisi, general-mayor Həməmməd Həsənov tutduğu vəzifəsindən azad olunaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanının müavini təyin edilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Qərargah rəisinin müavini, polkovnik Elşad Həsənov isə vəzifəsindən azad olunaraq Naxçıvan Heydər Əliyev adına Hərbi Liseyinin rəisi təyin edilib.

Paylaş