Rusiyanın Kemerovo vilayətində kömür mədənində yanğın baş verib.
Korrupsiya.az-ın məlumatına görə, hadisə zamanı mədəndə 230-a yaxın işçi olub.
Hadisə yerinə xilasedicilər cəlb edilib. 200-dən çox işçinin təxliyə edildiyi bildirilib. Xəsarət alanların olmadığı deyilir.
Bölgədə xilasetmə işləri davam etdirilir.