əhid polkovnik-leytenant Mehman Qənbərovun atası Nəriman Qənbərov dünyasını dəyişib.

Korrupsiya.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhidin qardaşı Cavid Qənbərov bildirib. O, atasının şəkər xəstəliyindən vəfat etdiyini bildirib.

Bu gün səhərə yaxın N.Qənbərov şəkərdən komaya düşüb və qəfil dünyasını dəyişib.

Mərhum Bərdədə dəfn olunacaq.

Qeyd edək ki, şəhidin atası bir müddət öncə koronavirusa yoluxub sağalmışdı.

Paylaş