Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Buta Airways”in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı İstanbulun yeni hava limanında enməyə qərar verib.
Korrupsiya.az xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Qeyd edilib ki, təyyarə yerli vaxt ilə saat 10:50 uğurlu eniş edib:
“Əgər hava səraiti yol verərsə, İstanbulun yeni hava limanındaki təyyarə Sabiha Gökçən hava limanındaki sərnişinlərin daşınması üçün havaya qalxacaq”.