Daşkəsəndə ölümlə nəticələnən yol qəzası baş verib.
Korrupsiya.az “Report”a istinadən xəbər verir ki, hadisə Çaykənd kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, “Mack” markalı yük maşını idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü, 1970-ci il təvəllüdlü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Paylaş