Hadrut və Şuşadan qaçan ermənilər İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Aksiyada iştirak edənlər onlara qaçqın statusunun verilməsini və sosial müavinətlərin azaldılmamamasını tələb edirlər.
“Hadrut Uğrunda” ictimai təşkilatının icra orqanının sədri Levon Hayriyan vurğulayıb ki, iyul ayına qədər kirayə haqqını ödəmək üçün adambaşına təxminən 60 dollar, həmçinin yaşayış üçün 125 dollar sosial yardım alıblar. İndi isə sadəcə kirayə haqqı verilir. Amma o da 50 dollara endirilib.
“Şuşadən köçkün olan erməni əhali” adlı ictimai təşkilatın üzvü Aşot Arutyunyan hökumətdən tələb edir ki, İrəvan yaxınlığında qaçqınlar üçün şəhərcik salınsın:
“Beynəlxalq strukturlara müraciət edəndə bizdən ilk soruşduqları məsələ hökumətimizin bizə qaçqın stausu verib-verməməsidir”.
Arutyunyan xatırladıb ki, Qarabağdakı qondarma rejim onları üç il müddətinə mənzillə təmin edə bilər. Hazırda acınacaqlı vəziyyətdə olduqlarını deyən aksiya iştirakçıları nə edəcəklərini bilmədiklərini bildiriblər.
///Musavat.com

 

 

Paylaş