Bakının bu küçəsində qanunsuz parkinq yerləri təşkil olundu – FOTO

Bakının bu küçəsində qanunsuz parkinq yerləri təşkil olundu – FOTO

Bakı şəhərində piyada mühitinin yaxşılaşdırılması, səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi daim diqqətdə saxlanılır. 

Korrupsiya.az xəbər verir ki, cari ilin ötən dövründə Bakı Nəqliyyat Agentliyi təqdim etdiyi layihə əsasında 25 küçə və prospektdə səkilər yenidən standarta uyğun qurulub. Piyada səkisi olmayan bir çox küçələrdə yeniləri inşa edilib, ehtiyac olan yerlərdə səkilər genişləndirilib. Nəticədə 45 km uzunluğunda səkilərin davamlığı təmin edilib. Hazırda səkilərin bərpa işləri Ş. Mehdiyev küçəsindən Tbilisi prospekti istiqamətində aparılır. Yaxın günlərdə isə Ə.Haqverdiyev küçəsində analoji işlərə başlanılacaq.

Lakin təəssüf ki, bəzən küçə və prospektlərdə, xüsusən də səkilərinin olmadığı yerlərdə piyadaların hərəkəti çətinləşdirilir. Xəzər rayonu A.İldırım küçəsində olduğu kimi. Səkinin olmadığı bu ərazidə piyadalar üçün şərait yaratmaq əvəzinə asfalt örtük döşənərək qanunsuz parkinq yeri təşkil edilir. Bu isə piyadaların hərəkətini daha da çətinləşdirməklə yanaşı həm də təhlükə riskini də artırır.

Bir çox hallarda bu kimi işlər müvafiq qurumların birbaşa iştirakı ilə görülür. Bunu nəzərə alaraq bütün aidiyyəti qurumları piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün əməkdaşlığa dəvət edirik.

  • Bakının bu küçəsində qanunsuz parkinq yerləri təşkil oludu- FOTO
  • Bakının bu küçəsində qanunsuz parkinq yerləri təşkil oludu- FOTO
Paylaş