Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
korrupsiya.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Emin Ağayev vəkillərin suallarını cavablandırıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri E.Həsənovun xəstəliyinin nəzərə alınaraq ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Prosesdə sənədlərin tədqiqi mərhələsinin başlanıldığı elan olunub.
Məhkəmənin növbəti iclası noyabrın 12-nə təyin edilib.