Telefonla mübahisə etdiyi keçmiş sevgilisini iş yerinə gedərək öldürüb.
Korrupsiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən axşam Bartında keçmiş sevgilisi ilə telefonla mübahisə edən Ercan Özkavlak daha sonra keçmiş sevgilisi Azize Gülmezin iş yerinə gedərək dəhşətli qətl hadisəsi törədib. Qadını sinəsindən vuraraq öldürən şəxs onun qarşısını almaq istəyən şəxsə də ağır xəsarət yetirib.
Ercan Özkavlak telefonla danışdığı keçmiş sevgilisi Əzize Gülmezlə dava edib. Müzakirədən sonra Özkavlak Əzize Gülmezin iş yeri ilə danışmaq istəyib. Bu sırada fındıq anbarının 2-ci mərtəbəsində Gülmezin sinəsindən silahla yaralayan Özkavlak, ona mane olmağa çalışan Emrullah Yıldıza 3 atəş açıb.
Sinəsindən güllə yarası alan Gülməz, başından, kürəyindən və ayağından yaralanan Yıldız həkimlərin müdaxiləsindən sonra Bartın Dövlət Xəstəxanasına aparılıb. Sinəsindən güllə yarası alan Gülməzin aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi, Yıldızın həyati təhlükəsinin davam etdiyi öyrənilib.
Hadisədən sonra maşınına minərək sürətlə anbardan uzaqlaşan Özkavlakın tutulması üçün işlərə başlanılıb. Keçmiş sevgilisini öldürən və ona mane olmaq istəyən anbar işçisini ağır yaralayan Özkavlak bir müddət sonra polisə təslim olub. Hadisənin baş verdiyi fındıq anbarındakı təhlükəsizlik kamera qeydləri polis qrupları tərəfindən araşdırmaya başlanıb.
Faktla bağlı araşdırmalar davam edir.
Ayşən Mirzəyeva