Uqandada bombanı çəkiclə vuran şəxs partlayış nəticəsində dünyasını dəyişib.
Korrupsiya.az xəbər verir ki, Kampala şəhərinin mərkəzi küçələrinin birində tapılan bomba hər kəsin qorxusuna səbəb olub. Belə ki, hər kəs bombadan qaçarkən, bazarda satıcı işləyən kişi bombaya yaxınlaşıb. O, bombanın yararsız olduğunu bildirərək, çəkiclə vurub.
Ərazidən güclü partlayış səsi eşidilib. Kişi hadisənin qurbanı olub. Əraziyə polis və digər aidiyyatı qurumlar cəlb olunub.
Qeyd edək ki, son bir ayda ölkədə 5 partlayış baş verib ki, onlardan bəzilərinin 1980-ci illərdəki vətəndaş müharibəsindən qaldığı təxmin edilir.