Büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi, 2022-ci ilin yanvarın 1-dən əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması da nəzərdə tutulub.

Korrupsiya.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, növbəti il aztəminatlı ailələrə ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulur.

Paylaş