Ədirnənin Lalepaşa rayonunda immiqrantları daşıyan mikroavtobus aşıb.
Korrupsiya.az” xəbər verir ki, Sazlıdərə bölgəsində baş verən qəza nəticəsində 16 nəfər yaralanıb.
Bildirilib ki, təxminən 33 nəfərin olduğu mikroavtobusda qeyri-qanuni yollarla ölkəyə daxil olduqları təsbit edilən immiqrantların olduğu müəyyən edilib.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb, qəza ilə bağlı araşdırmalara başlanılıb.