Tovuzda azyaşlı uşağın gecə saatlarında küçədə yatmağa məcbur edildiyi deyilir.
Korrupsiya.az” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumatlar və şəkillər paylaşılıb. Görüntülərin Tovuz rayonunun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi bildirilib.
Məlumata əsasən, hər gün gecə saatlarında azyaşlı oğlan soyuqda üşüdüyü halda məcbur qalaraq burada yatır. Azyaşlını həmin əraziyə anasının gətirdiyi deyilir. Onun hər gün gecə saat 01:00 radələrində burada olduğu deyilir. Qadına dəfələrlə bununla bağlı irad tutulsa da, o, buna məhəl qoymayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Unikal”a açıqlamasında bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar. Hazırda bununla bağlı araşdırmalar aparılır.