Yaponiyanın Miyaqi prefekturasında 5,0 bal gücündə zəlzələ baş verib.

Korrupsiya.az” xəbər verir ki, zəlzələ Yaponiya vaxtı ilə saat 18:48 radələrində baş verib.

Bildirilib ki, yeraltı təkanlar yerin 50 km dərinliyində, 7 bal gücündə baş versə də yer səthində 5 bala qədər hiss olunub.

Hələlik sunami xəbərdarlığı verilməyib.

Paylaş