Bakıda kişi illər sonra uşaqlarının onun doğma övladları olmadığını öyrənib.
Korrupsiya.az xəbər verir ki, bu barədə Oxu.Az-a vəkil Aqil Layıc danışıb.
Onun sözlərinə görə, Bakı məhkəmələrinin birində keçirilən proses zamanı aydın olub ki, ailənin üç uşağından ikisinin atası evin böyük oğlunun rəqs müəllimidir.
Qanuni ata illər sonra uşaqlarının şəkillərini rəqs müəlliminin fotosu ilə müqayisə edib. Bundan sonra şübhəli ata məhkəməyə müraciət edib.
Məhkəmədə sübut olunub ki, iki uşağın genetik atası rəqs müəllimidir.