Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Korrupsiya.azın məlumatına görə, hadisə Ağdaş şəhəri Cəfər Cabbarlı küçəsi 2 ünvanında baş verib.
Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, 1974-cü il təvəllüdlü Məmmədova Məryəm Seyfəddin qızı eləcə də nəvələri 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu mətbəxə quraşdırılmış pitiminutka sobanın buraxdığı dəm qazından zəhərlənərək xəstəxanalıq olub.
Faktla bağlı araşdırma aparılır.