Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.
DİN Mətbuat xidmətindən Korrupsiya.az-a verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı
Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.
Hazırda məsələ araşdırılır.
Paylaş