Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol Gürcüstan tərəfdən yük maşınları üçün bağlıdır.

Korrupsiya.az xarici KİV-ə  istinadən xəbər verir ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və aşağı temperatur səbəbindən ağır yük maşınlarının hərəkəti dayandırılıb. Digər nəqliyyat növlərinin hərəkətinə icazə verilir.

Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Ermənistanla bağlayan yeganə yoldur.

Paylaş