Bakıda restoranda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Korrupsiya.az a verilən məlumata görə hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 900 m² (hər mərtəbəsi 300 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gədəbəy rayonunun Bəydəmirli kəndində ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.a