Dünya bazarında neftin qiyməti iki gün dalbadal azaldıqdan sonra bu gün səhərki hərraclarda bir qədər artıb.
Korrupsiya.az xəbər verir ki, “Brent” markalı neftin fevral fyüçersləri 0,8 faiz bahalaşaraq 72,09, WTI markalı neftin yanvar fyüçersləri də 1,05 faiz bahalaşaraq 69,33 ABŞ dollarından satılıb.
Əvvəlki iki hərrac günü ərzində koronavirusun “Omikron” ştamının yayılması üzündən yeni məhdudiyyətlərin tətbiqi və iqtisadiyyatın dirçəlməsinin daha da ləngiməsilə bağlı şübhələrin təsirilə neftin qiyməti 4 faizə yaxın azalmışdı.
Həmçinin bahalaşmanı şərtləndirən amillər arasında Liviyanın dörd ən böyük neft mədənində hasilatın dayandırılması da göstərilir.
ABŞ-da neft ehtiyatlarına dair sabah veriləcək həftəlik rəsmi açıqlama ərəfəsində ekspertlər 10-17 dekabr tarixləri ərzində ehtiyatların 2,6 milyon barel azaldığı qənaətindədirlər.