Bu ilin fevralın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5304,3 min nəfər olub, onlardan 4 988,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən Korrupsiya.az a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,96%, məşğul əhalinin sayı isə 2,27% artıb.

Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1705,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 904,7 min nəfər, qeyri-dövlət sektorunda isə 800,4 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1673,6 min nəfər çalışıb.

Paylaş