Bu ilin yanvar ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixracı isə 59% çox olub.
Korrupsiya.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviq edilməsinin uğurlu nəticəsidir”, – deyə nazir bildirib.