Gürcüstanın keçmiş müdafiə naziri həbsdən çıxdı

Gürcüstanın keçmiş müdafiə naziri həbsdən çıxdı

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya həbsdən çıxıb.

Korrupsiya.az xəbər verir ki, sabiq nazir 9 illik həbs müddətinin başa çatması ilə əlaqədar saxlanıldığı 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

B. Axalayanı dostları və ailə üzvləri qarşılayıb.

B. Axalaya həbsdə olduğu müddətdə yerli mediaya açıqlamasında bildirib ki, azadlığa çıxdıqdan sonra müxalif “Vahid Milli Hərəkat” partiyasına qayıtmayacaq.

Qeyd edək ki, B. Axalaya 2011-ci ildə casusluq ittihamı ilə həbs edilmiş Gürcüstan ordusunun polkovniki Serqo Tetradzenin işgəncə ilə qətlinə görə həbs edilib.

Paylaş