Rusiya mobilizasiya edə bilər, amma bunun üçün gecikib. Dia.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya verdiyi müsahibədə Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi eksper Aqil Rüstəmzadə bildirib.
– Aqil bəy, sizcə nə üçün Türkiyə PUA-ları Ukrayna müharibəsində Qarabağ müharibəsindəki kimi effekt vermir?
– Bayrakdar PUA-sının tətbiqi ilk öncə bəzi texniki vasitələrin düzgün icrasını və istifadəsini nəzərdə tutur. İkinci bir hal ondan ibarətdir ki, nizamlı ordunun savaşında Bayrakdarın uçuşlarının təhlükəsizliyini tətbiq etmək Ukrayna üçün mümkün deyil. Bunun üçün Ukrayna ordusu fərqli savaş yöntəmləri seçərək Bayraktardan az miqdarda istifadəyə qərar verdi. Həm də Ukrayna ərazi və əhali cəhətdən Azərbaycandan böyük ölkədir və öz ordusunu yetərincə Bayraktarlarla təmin edə bilmədi və bu da təbii ki, savaşda özünü biruzə verdi.
– Savaş uzandıqca daha çox Rus hərbi texnikaları ortaya çıxmağa başlayır. Bu baxımdan son model Rus silahları Qərbin Ukraynaya göndərdiyi silahlarla ayaqlaşa bilərmi?
-Bütün savaşlar dünyada qonşu tərəflər üçün dərsdir və nəticədir. Rusiya çox böyük ölkədir və onun xüsusi növ silahları var.Ordusunun müxtəlif savaş istiqamətləri və üsulları var.Təbbi ki, Rusiyanın hərbi göstəriciləri bu gün bir çox dövlətlərin maraq dairəsindədir.
Rusiya silahlarının qərb silahları ilə uzlaşmasına gəlincə, məncə qərb bu məqamda Rusiyanı üstələyir. Heç kimə sirr deyil ki, “Stinger” və “Cavelin” kimi silahlar Rusiya hərbi texnikalarını asanlıqla sıradan çıxarır.
– Savaşın uzanması təbii ki iqtisadi və hərbi cəhətdən şimal qonşumuzun ziyanınadır. Keçmiş bir hərbiçi kimi sizcə, Rusiya hərbi ehtiyatlarının azaldığını görüb savaşı dayandıracaq, yoxsa sonuncu silahına kimi vuruşacaq?
– Bəli doğru vurğuladınız. Savaşın hər günü bir tərəfdən də iqtisadi sanksiyalara məruz qalan Rusiya üçün böyük miqdarda ziyandır. Sülh vaxtı ilə müqayisədə Rusiya öz ordusuna iki-üç dəfə daha çox pul xərcləməyə məcbur olur. Rusiya mobilizasiya edə bilər. Amma bunun üçün gecikib. Əgər səfərbərlik edib tam gücü ilə Ukraynanın üzərinə gəlməyə can atsa, nəticə ala bilər, məncə, ən son məqamda bunu edəcək