Ukraynadan olan qaçqınların sayı 4 milyonu ötüb.
Korrupsiya.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması ilə əlaqədar fervalın 24-dən indiyə qədər 4 019 287 nəfər ölkəni tərk etməyə məcbur olub. Onların 2.3 milyonu Polşaya keçib.
Təxminən 6,5 milyon nəfər isə Ukrayna daxilində öz evlərini tərk edib.