Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Korrupsiya.az  xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.

Danışıqların aprelin 6-da keçirilməsi planlaşdırılır.

Görüşün hansı formatda baş tutacağı barədə məlumat verilməyib.

Xatırladaq ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Paylaş