Hesablama Palatasının illik hesabatı Milli Məclisə daxil olub.
Korrupsiya.az xəbər verir ki, gələn həftə “Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatın Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunması planlaşdırılıb.
Qeyd edək ki, hesabat komitədə müzakirə olunduqdan sonra parlamentin plenar iclasına tövsiyə olunacaq.