Azərbaycanla Gürcüstan dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi üçün daha böyük potensiala malikdirlər.

Korrupsiya.a, xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili özünün “Facebook” səhifəsində  yazıb.

“Azərbaycan Respublikasına rəsmi səfərimi başa vurdum. Dostlarımın səmimi qonaqpərvərliyinə görə təşəkkür edirəm. Gürcüstan və Azərbaycan üçün əsas prioritet ölkələrimizin, regionumuzun inkişafı, insanların rifahıdır. Hər iki ölkə tarixən buna çalışıb və bu istiqamətdə çox işlər görüb. Bu münasibətlərin dərinləşməsinə verdiyi töhfəyə görə, gürcü və azərbaycanlı diplomatlara təşəkkür edirəm”, – deyə XİN rəhbəri bildirib

Paylaş