Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna əsgərləri 26 min rus işğalçısını öldürüb.

Korrupsiya.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Şəxsi heyət – təxminən 26.000 nəfər, tanklar – 1170, zirehli döyüş maşınları – 2808,  artilleriya sistemləri – 519, MLRS – 185, hava hücumundan müdafiə vasitələri – 87,təyyarə – 199,
vertolyotlar – 158, İHA əməliyyat və taktiki səviyyə – 380, qanadlı raketlər – 94, gəmilər / qayıqlar – 12, avtonəqliyyat vasitələri və yük maşınları – 1980,  xüsusi texnika – 41. Düşmənin ən böyük itkiləri (ötən gün) Avdiivka istiqamətində müşahidə olunub. Məlumatlar dəqiqləşdirilir. İşğalçı ilə vuruşun! Biz birlikdə qalib gələcəyik! Gücümüz həqiqətdədir!”, – deyə  məlumatda qeyd olunub.

Paylaş