Krımın Sovetski kəndində iki Rottweiler on yaşlı qızı öldürüb.

Korrupsiya.az  xəbər verir ki, bu barədə “RİA Novosti”nin məlumatında deyilir ki, faktla bağlı cinayət işi açılıb.

İstintaqın məlumatına görə, 10 və 14 yaşlı iki qız Sovetski kəndində babalarının yanına gedib. On yaşlı qız həyətə çıxanda itlər ona hücum edib. Uşağın gövdəsi, qolları, ayaqları, başında və üzündə ciddi kəsiklər var idi. Qız əməliyyat zamanı xəstəxanada dünyasını dəyişib.

Regional idarənin mətbuat xidmətindən verilən məlumata görə, heyvanlarla məsul rəftarla bağlı qanunların, baytarlıq-sanitariya-epidemioloji qaydaların necə icra olunduğunun qiymətləndirilməsi nəzərdə tutulub. O cümlədən, uşağın qanuni nümayəndələrinin və yerli məmurların hərəkətlərinə hüquqi qiymət veriləcək.

Paylaş