Rusiya Dövlət Dumasının keçmiş deputatı, jurnalist Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib.

“Unikal” Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

Onun sözlərinə görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.

Gülayə Mecid 

***11:22

Rusiyalı jurnalist Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib.

Korrupsiya.az  xarici KİV-ə istinadən xəbər verir ki, onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər.

Ukraynanın “Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi qaydası haqqında” qanununun 107-ci maddəsinə əsasən, Kiyev Nevzorovların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığını yoxlamalıdır.

Paylaş