- Bir müddət öncə redaksiyamıza şikayət edən qarabağ veteranı Qarayev Zakir Kərəm oğlu media vasitəsilə ölkə başçısına evinin əlindən alınması ilə bağlı müraciət etmişdi.
Jurnalist araşdırması apararaq məlum olmuşdur ki, ölkədə ciddi narazılıqlar yaradan “Ziyyədinoğlu”MMC qarabağ veteranını və bir çox bina sakinlərini dövlətdən incimiş salaraq vətəndaşlarla dövlət qanunları arasında əngəl yaradır.Belə olduğu halda vətəndaş düşünür ki hansısa məmur yenə özbaşınalıq edərək öz bildiyini edir, və heç bir şikayətdən heç bir dövlət qurumundan hətta dövlətin ali qanunlarından belə çəkinməyən “Ziyyədinoğlu”MMC haqqında təssüflər olsun ki, hələdə ciddi ölçü göturülmür.
Korrupsiya.az informasiya agentliyi olaraq jurnalist araşdırması apardıq, etibarlı mənbədən aldığımız məlumatda məlum oldu ki ölkədə ciddi narazılıqlar yaradan “Ziyyədinoğlu”MMC
Ayzərbaycan Respublikası Energetika Nazirliyinin rəhbər şəxslərindən olan Kamil adlı məmura məxsusdur.
“Ziyəddinoğlu” MMC Bakı şəhəri Nərimanov rayonu metropark ilə üzbəüz yüksək mərtəbəli bina inşa edir.
Xatırladaq ki, “Ziyəddinoğlu” MMC qarabağ veteranının evini hələ də, verməməkdə iddialıdır.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətimizdə saxlayacağıq