Bir müddət öncə redaksiyamıza şikayət edən qarabağ veteranı Qarayev Zakir Kərəm oğlu media vasitəsilə ölkə başçısına evinin əlindən alınması ilə bağlı müraciət etmişdi.
Jurnalist araşdırması apararaq məlum olmuşdur ki, ölkədə ciddi narazılıqlar yaradan “Ziyyədinoğlu”MMC qarabağ veteranını və bir çox bina sakinlərini dövlətdən küskün salaraq vətəndaşlarla dövlət qanunları arasında əngəl yaradır.
Belə olduğu halda vətəndaş düşünür ki,hansısa məmur yenə özbaşınalıq edərək öz bildiyini edir, və heç bir şikayətdən heç bir dövlət qurumundan hətta dövlətin ali qanunlarından belə çəkinməyən “Ziyyədinoğlu”MMC haqqında təssüflər olsun ki, hələdə ciddi ölçü göturülmür.
Korrupsiya.az informasiya agentliyi olaraq jurnalist araşdırması apardıq, etibarlı mənbədən aldığımız məlumatda məlum oldu ki, ölkədə ciddi narazılıqlar yaradan “Ziyyədinoğlu”MMC
Azərbaycan Respublikası Energetika Nazirliyində yüksək post tutan rəhbər şəxslərindən olan Kamil adlı məmura məxsusdur.
Xatirlatma etmək istəyirik ki, Azərbaycan Respublikası Konstitusiyasnın 94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı mexanizmləri, habelə vəzifəli şəxslərin xidməti vəzifələrini icra etdikləri dövrdə maraqlar toqquşmasının qarşısının alınması məqsədi ilə onlara tətbiq edilən məhdudiyyətlərlə bağlı müddəaları tənzimləyir.
VƏZİFƏLİ ŞƏXSLƏR ÜÇÜN MÜƏYYƏN EDİLƏN MƏHDUDİYYƏTLƏR
Maddə 4. Vəzifəli şəxslər tərəfindən əlavə vəzifə tutulması üzrə məhdudiyyətlər
Vəzifəli şəxslər xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutma və ya fəaliyyət növü ilə məşğul ola bilməzlər.
Hal hazırda “Ziyəddinoğlu” MMC Bakı şəhəri Xətai rayonundan əlavə Nərimanov rayonu metropark ilə üzbə-üz yüksək mərtəbəli bina inşa edir.
Xatırladaq ki, “Ziyəddinoğlu” MMC qarabağ veteranının evini hələ də, verməməkdə iddialıdır.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətimizdə saxlayacağıq