Rusiya Kremençukda içində mindən çox vətəndaşın olduğu ticarət mərkəzinə raket zərbələri endirib.
Korrupsiya.ax xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski tvitter kanalında açıqlama verib. O, bildirib ki, raket zərbələri nəticəsində mərkəz yanır. Xilasedicilər yanğını söndürməyə çalışırlar.

Rusiya acizliyini adi vətəndaşlardan çıxarır. Rusiyanın humanist olacağını gözləmək əbəsdir”-deyə Ukrayna prezidenti bildirib.İlkin məlumata görə, 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Ölü sayının artması ehtimalı var.

Paylaş