Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Korrupsiya.az xəbər verir ki, fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların yeni siyahısı təsdiqlənib.Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Fərmanla “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ləğv edilir.