Şantaj nədir?

İllərin problemidir bu. Ya pul qazanmaq, ya qisas almaq, ya da sadəcə xuliqanlıq etmək, öz aləmində bundan keyf almaq məqsədilə edilir.
XX əsrin sonu – XXI əsrin texnoligiya əsri kimi tarixə düşməsi əbəs deyil, elm və texnikanın inkişafı o mərhələyə çatıb ki, artıq bütün həyat elektronlaşır, məxfilik imkanları azalır, təhlükələr və risklər atrır. Xüsusilə də internet, mobil telefonlar və onların çoxsaylı funksiyaları icad olunandan bəri ağla gələn və gəlməyən hər bir hoqqalar çıxarılır. Haqqında bəhs etdiyimiz şantaj, təxribat kimi hərəkətlər mobil telefonların və internetin vasitəsilə çox asanlıqla həyata keçirilir.

Bəs insanların həyatı, taleyi ilə oynayan, şəxsiyyətini sarsıdan, fiziki, maddi, mənəvi zərbələr vuran bu qara bəladan – şantaj, təxribat və tələlərdən necə qorunmalı, arzuolunmaz vəziyyətlərə düşməmək üçün nə etmək, nələri bilmək lazımd Korrupsiya.az  xəbər portalı məsələnin ciddiliyini və son dövrlər üçün aktuallığını nəzərə alıb, lazımlı məlumatları diqqətinizə çatdırır.

Əvvəlcə onu deyək ki, heç kəs şantajdan, hər hansı təxribatlardan sığortalanmayıb. Bu qara bəla hər bir kəsin ən gözlənilməz bir vaxtda yaxasından yapışa bilər. Odur ki, heç kəs “bu, mənlik deyil”, “şantajçının mənimlə nə işi var?” kimi fikirlərlə problemi özündən uzaqlaşdırıb, özünü tam təhlükəsiz və ya sığortalı hesab etməsin… Dediyimiz kimi, artıq həyat risklərinin artdığı, insan beyninin heç nə qarşısında aciz qalmadığı, sürprizlərlə dolu XXI əsrdir!

Qadınlar, qızlar şantaja məruz qaldıqda, acız duruma düşdükdə ya məcbur olub şantajçının tələbini yerinə yetirə, onun əsirinə çevrilə, ya da çarəsizlikdən çıxış yolu kimi intihar edə bilər. Kişilər əsəbləri cilovlamaqda çətinlik çəkərsə, şantajçı ilə “kişi kimi” mübarizə aparıb, qatilə çevrilə bilərlər. Şantaj və çirkin təxribatlara məruz qaldıqda, özünə qəsd etmək, aqressiv həll yolunu seçmək, psixoloji sarsıntılar və depressiya içərisində əzilmək lazım deyil.
Hər şey qanun çərçivəsində həlli yolu var.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci – “Hədə-qorxu yolu ilə tələb etmə” fəslinin 182.1-ci maddəsinə görə, hədə-qorxu ilə şəxsin haqqında rüsvayedici məlumatlar yaymaq cinayət əməli sayılır.
Odur ki, belə vəziyyətlərlə üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət edin!Şantaja məruz qalmamaq, tələyə düşməmək üçün nə etməli?

– Görüş yerində, olduğunuz hər hansı bir məkanda video-kameraların olub-olmadığını əvvəlcədən öyrənin!

– Gizli görüşlərdə olarkən ümumiyyətlə, mobil telefonların söndürülməsi məsləhətdir. Xüsusən də bunu qızlar oğlanlardan tələb etməlidir. Oğlan çox israrla buna etiraz edirsə, qızın şübhələnməsinə, ehtiyat etməsinə səbəb yaranır.

– Heç vaxt, heç kimin mobil telefonlarında şəxsi şəkillərinizin, video görüntülərinizin olmasına və çəkilməsinə imkan yaratmayın!

– Mobil telefonla, diktafonla səsinizin yazılmasına imkan verməyin! (Bu, hətta ən yaxın dostlarınız belə olsa, əylənmək məqsədilə edilsə də belə)

– Heç vaxt qeybət etməyin! Kiminsə haqqında mənfi danışarkən, onun sirrlərini açıqlayarkən heç xəbəriniz olmadan həmsöhbətinizin mobil telefonuna, diktafonuna səsiniz yazıla bilər. (Danışdıqlarınız sonra sizə qarşı şantaj aləti ola, həmçinin yayılıb sizi ifşa edə bilər).

– Gizli və ya aşkar olmasından asılı olmayaraq, heç vaxt və heç bir yerdə, intim münasibətlər zamanı foto və video çəkilişlər aparılmamalıdır! (Xanımlar, “öz sevgilimdir, mənə pislik eləməz” deyib arxayınlaşmayın!)

– Şantaja məruz qalanlar mütləq polis orqanlarına müraciət etməlidir!

– Şantaj edən, hədələyən şəxsə bunun cinayət əməli olduğunu və polisə şikayət edəcəyinizi xatırladın!

– Şantaj olunarkən, hədələnərkən, qarşı tərəfin bu hərəkətinə dair məlumatlar toplayaraq polisin işini asanlaşdırmağa çalışın. Şantajçının səs yazısını, mesajlarını, məktublarını hüquq-mühafizə orqanına təqdim edin. Hərif heç bir iz saxlamayıbsa, o zaman onunla başqa şəxslərin şahidliyi ilə danışmağa, yəni şahidinizin olmasına çalışın.

– Hüquqi bilikləri artırmaq lazımdır!

Unutmayın: Kimlərinsə mobil telefonunda, kompüterində sizin şəxsi şəkillərinizin, viedo-kadrlarınızın, səsinizin olması, onların heç vaxt internetə buraxılmayacağına zəmanət vermir. Əksinə, hər an bu risk var. Belə məsələlərdə heç kimə, öz kölgənizə belə güvənməyin!

Mövzunun vacibliyini nəzərə alıb, əlavə məlumatlar və tövsiyələr almaq üçün ekspertlərə də müraciət etdik.

Oğlanların şantajına məruz qalan hansı xanımlardır?Ümumiyyətlə, şantaja daha çox qadınlar məruz qalır. Bunlar əsasən, ailəli xanımlar və gənc qızlardır. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın Milli.Az xəbər portalına verdiyi məlumata görə, ailəli qadın kiminləsə görüşüb, müəyyən münasibətlərdə olubsa, sonradan həmin qadın foto və ya videoya çəkilərərk şantaj olunurlar.
Mərkəz rəhbərinin sözlərinə görə, adətən bu əməli narkotika istifadə edən və ya pula ehtiyacı olan kişilər, gənc oğlanlar edirlər. Cavan və ya azyaşlı qızlar da intim hisslərinin qurbanı olur. Onlar da oğlanlarla görüşür, intim münasibətləri olur, sonra isə mobil telefonun hədəfinə tuş gəlir. Burada isə şantaj bəzən pula görə, bir çox hallarda isə intim münasibətin davamlı olması üçün hesablanır. M.Əzizova deyir ki, hətta elə faktlar olur ki, qızı başqa bir adamla intim münasibətlə olmağa məcbur edirlər.

Bölgələrdən Bakıya gəlmiş tələbə qızlar aldadılırlar

“Oğlanların telefonunun hədəfinə düşənlər arasında rayonlardan Bakıya oxumağa gələn qızlar da üstünlük təşkil edir. Həmin qızlar müasir həyatı tam bilmir, dar çərçivədə böyüyüblər, aldatmağın və aldanmağın, ikiüzlülüyün nə olduğunu bimir, necə deyərlər, safdırlar. Bakıya gələndə isə sanki qəddar bir dünyaya düşürlər, başqa insanlarla tanış olur və çox vaxt da aldadılırlar” – deyən M.Əzizova bildirir ki, həmin qızlar düşdükləri vəziyyətdən çıxış yolu axtarırlar.

Oğlan zəngin qadınlarla intim müasibətə məcbur edilib

Müsahibimiz əlavə etdi ki, oğlanların çirkin əməlinin qurbanı olanlar arasında yaşı 16-dan aşağı qızlar olmayıb. Yaşları 14-15 olan qızlar sırf yaxınları tərəfindən fahişəliyə cəlb edilməsi ilə başlı şikayətlər edirlər. Ancaq şantaja məruz qalan oğlan da olub. Onu şantaj edən isə atalığı olub. Ata öz oğulluğunu şantaj edərək pullu qadnlarla intim münasibətdə olmağa məcbur edib. İlk əvvəl bu fakt inandırıcı görünməsə də, sonra şəkillər və videoların ortaya çıxmasından sonra məlum oldu ki, ata öz oğulluğunu pul müqabilində zəngin qadınlarla intim münasibətə vadar edib.

Tanış olduğu qızı maşınla qapalı yerə aparıb….M.Əzizova da çətin vəziyyətə düşən qadınlara hüquq-mühaziə orqanlarına müraciət etmələrini məsləhət görür: “Bəzi qadınlar isə sress vəziyyətində olurlar və düşünürlər ki, vəziyyətdən çıxmaq mümkün deyil. Hətta özlərinə qəsd etmək kimi fikirlər baş qaldırır. Məslən, bizə bir qadın müraciət etmişdi. Həmin xanım bir oğlanla tanış olub və onunla restoranlardan birində oturublar. Ordan qayıdanda oğlan maşını qapalı bir yerə sürüb və qızı bədənin hansısa hissələrinin telefonla şəklini çəkməyə məcbur etmişdi. Həmin xanım hüquq-mühafizə orqanına ərizə yazdı, oğlan məsuliyyətə cəlb olundu. Bu hadisədən xanımın ailə üzvləri xəbər tutmadı, çünki o, anonim saxlanıldı. Xanım özü isə normal həyatına davam etdi” – deyə M.Əzizova məlumat verdi.

Şantajçıları hansı cəza gözləyir?

Hüquqşünaslar bildirir ki, kiminsə intim həyatını telefonla çəkib yaymaq qanunvericilklə qadağandır. Kriminalist-ekspert Müzəffər Baxış portalımıza açıqlamasında dedi ki, ilk əvvəl şantaj edən şəxsin niyyətinin nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır. M.Baxışın fikrincə, kimlərinsə barəsində rusvayedici məlumatların yayılması, həmin şəxsdən maddi sərvətlər əldə etmək məqsədilə törədilirsə, bu, cinayət əməlidir. Belə şəxslər cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Əgər əmlak əldə etmək mqsədilıə hədə-qorxu gəlinirsə, bu, Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmə (182-ci maddə) əməli kimi tövsif olunur. Amma elə şantajlar olur ki, onlar maddi sərvətlər əldə edilməsi məqəsədilə törədilmir. Ona görə də, şantaj edən şəxsin niyyətinini aydınlaşdırmaq lazımdır.

Şantaj və hədələnmələrdə avtoritetlərdən istifadə olunur

M.Baxış sözlərinə əlavə etdi ki, şantaja məruz qalanlar, hətta özü barədə şantajedici məlumatların yayılacağını ehtimal edənlər, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Cinayət-Prossesual Məcəllənin, ölkə prezidentinin 25 avqust 2000-ci il tarixli fərmanının müddəalarına görə, bu kateqoriyadan olan cinayətlərin ibtidai istintaqı polis orqanlarına aiddir.

“Hədə-qorxu yoluyla tələb etmə ilə bağlı məhkəmlərdə xeyli cinayət işləri var. Əmlak əldə etməklə kiməsə hədə-qorxu gəlmək, rüsvayedici məlumatlar yayması ilə bağlı cinayətlər çox yayılıb. Bu tip cinayətləri ən çox cinayətkar aləmdə nüfuz qazanmış şəxslər edirlər. Həmin şəxslərə müəyyən insanlar müraciət edir, onlar öz avtoritetlərindən istifadə edərək, bu və ya digər şəxslərə hədə-qorxu gəlirlər. Həmin avtoritetlər bəzən cəzasız qalır, yalnız “yarpaqları saralıbsa”, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilirlər” – deyə hüquqşünas əlavə etdi.

Psixoloq: “Şantajçılar – psixopatdır”Psixoloq Dəyanət Rzayev isə Milli.Az-a açıqlamasında bildirdi ki, insanların iradəsinin əleyhinə gedərək, şəxsi həyata müdaxilə edərək məlumatların, şəkillərin, video-görüntülərin yayılması, buna məruz qalan şəsxin bütün həyatını məhv edə bilər.
“Belə iş tutan şəxslər düşünməlidir ki, çirkin əməli ilə kiminsə həyatını əbədi olaraq lələkələyirlər. Belə hallar dünyanın hər bir ölkəsində olur. Bu kimi əməlləri törədənlərə ciddi cəzalar verirlər”.

Psixoloq hesab edir ki, bu problemin həlli üçün maarifləndirmə işi aparmaq və ciddi cəzalar tətbiq etmək lazımdır. Əks halda, şantaj, çirkin təxribatlar intiharlara səbəb ola bilər.
“Əslində, insanların şəxsi həyatını yayanlar anlaqlı adamlardır və bunu daha çox gənclər edirlər. Onlar xəstə deyillər, sadəcə əylənmək, qisas almaq, əziyyət vermək üçün bu cür çirkin işi tuturlar. Həmin insanlar psixopatdırlar. Nə özləri yaşayır, nə başqalarını yaşamağa qoyurlar”.

D.Rzayev məsləhət görtür ki, hər hansı insanın, xüsusilə də xanımların başına belə iş gələrsə bunu faicələşdirməsinlər. Qızlar hesab edir ki, insanlar əbədi olaraq onlar haqda pis düşünəcək. Ancaq belə deyil, bir dəfə həmin kadra baxıb həmin qızı qınayırsan və sonra yaddan çıxıb gedir. Yox, əgər əziyyət çəkirsə, mütəxəssisə müraciət etsin. İntihardansa, aidiyyatlı orqanlara müraciət etmələri, psixoloqla danışmaları daha məqsədəuyğundur.

Sonda onu qeyd edək ki, Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, şantajçını, hədə-qorxu ilə şəxsin haqqında rüsvayedici məlumatlar yayanları 3 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası
Milli.Az

Paylaş