Korrupsiya.az informasiya agentliyinə Gədəbəy rayonunun Slavyanka kəndinin sakinləri şikayət məktubu ünvanlayıb.
Şikayətdə bildirilir Gədəbəy RİH başçısı Orxan Mürsəlova dəfələrlə müraciət etsəkdə, təəssüf ki, müraciətimiz elə müraciət formasındada qalıb.
Düşünürdük ki,uğurlu kadr islahatlarında gənc kadr olan rayonumuzun başçısı Orxan Mürsəlov bizə daha yaxın və istiqanlı olub hər bir müraciətimizə operativ mövqe bildirəcək,lakin bu düşündüyümüz kimi olmadı
Kəndimizdə baş verən üfunət iyi antisanitariya baş alıb gedir biz ölkəmizə sağlam əsgər sağlam övlad böyütməkdə bu iyrənc şəraitdə çətinlik çəkirik. Niyə bu xoşa gəlməz halla başçı maraqlanmır?
Fotoları sizə olduqu kimi təqdim edirik.
İnanırıq ki, Gədəbəy RİH başçısı Orxan Mürsəlov media vasitəsi ilə bu müraciəti görüb operativ tapşırıq verəcək.
Mövzunu diqqətimizdə saxlayacaqıq!