Elə insanlar var ki, onların maaşları, təqaüdləri və müavinətləri çox aşağıdır”.
Bunu Korrupsiya.az a açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, ictimai işlərlə məşğul olan şəxslərə ayda 300 manat maaş verilir. Bu, indiki qiymət artımının qarşısında azdır. Həmçinin, 250-300 manat pensiya alanlar var. Onların müəyyən qədər tələbatını ödəmək üçün artımlara ehtiyac var. Aldığım məlumata görə, hazırda hökumətdə bu məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək”, – deyə Milli Məclisin üzvü qeyd edib.