Hər il direktor, direktor müavini və müəllimlərin aldıqları əlavələrin yarım milyard manatdan çox olması planlaşdırılır”.

Korrupsiya.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, ilkin mərhələdə ibtidai sinif müəllimlərinin 98 faizi sertifikasiyada iştirak edib.Onların 78 faizi sertifikasiyanın ilk mərhələsində uğur qazanıb. Sertifikasiyada iştirak edən bəzi müəllimlər yaşla bağlı prosesə qatılmayıblar. 8577 müəllim sertifikasiyanın birinci mərhələsindən uğurla keçib, 2367 müəllimin isə təkmilləşdirməyə ehtiyacı var. Müsahibə mərhələsindən də uğurla keçsələr, 5599 müəllim 10 faiz, 2978 müəllim 35 faiz əlavə alacaq”.

Paylaş