Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində “Alfa-Bank” ofisinin bankomatı yaxınlığında şübhəli əşya aşkar edilib.

Hadisə yerinə kinoloji qrup cəlb olunub.

Bu barədə Moskva Fövqəladə Hallar Xidmətinin nümayəndəsi xəbər verib.

““Alfa-Bank”ın Zelenodolskaya küçəsində yerləşən ofisində bankomatın yanında şübhəli bağlama aşkar edilib”, – deyə FHN nümayəndəsi qeyd edib.

O əlavə edib ki, bağlama itlərin və kinoloqların köməyi ilə öyrəniləcək.

Paylaş