2023-cü il üçün Nobel Sülh Mükafatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana verilə bilər.
Korrupsiya.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat dərc edib.
Bildirilir ki, bu, hər iki ölkə arasında o vaxta qədər sülh sazişini imzalayacağı təqdirdə baş tutacaq.
Xatırladaq ki, isveçli ixtiraçı Alfred Nobelin istəyinə görə, Nobel Sülh Mükafatı xalqlar arasında qardaşlığın qurulması, hərbi qüvvələrin saxlanması və təşviqi üçün ən böyük və ya ən təsirli iş görən şəxsə verilir.
1990-cı ildən bu mükafat hər il dekabrın 10-da Norveçin paytaxtı Osloda təqdim olunur.