İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananlar var.

Korrupsiya.az  xəbər verir ki hadisə İsmayıllı rayonunda qeydə alınıb.

Belə ki, rayonun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Abdullayev Fazil Firudin oğlu idarə etdiyi “Kia Sorrento” markalı avtomobillə yaşadığı Soltan kəndi istiqamətində hərəkətdə olarkən maşın yolun kənarına çıxaraq aşağı yuvarlanıb.

Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Abdullayeva Fatma Xasay qızı hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova müxtəlif bədən xəsarətləri alıb.

Paylaş