İndiyədək 20 mindən çox dinc sakinin və 100 mindən çox Ukrayna əsgərinin öldürüldüyü güman edilir.
Korrupsiya.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri
O, xüsusi məhkəmənin yaradılmasını və rusların törətdiyi hərbi cinayətlərin araşdırılmasını təklif edib: “Rusiyanın Ukraynaya təcavüzü ölüm, dağıntı və misilsiz iztirab gətirdi. Buçanın dəhşətini hamımız xatırlayırıq. Rusiya bu ağır cinayətlərin, o cümlədən suveren dövlətə hərbi hücumun əvəzini ödəməlidir. Məhz buna görə də biz BMT-nin Cinayət Məhkəməsini dəstəkləyərək BMT-nin nəzdində Rusiyanın cinayətlərini araşdıracaq və təcavüzkarları cəzalandıracaq daha bir xüsusi məhkəmənin yaradılmasını təklif edirik”.
Onun fikrincə, Rusiya da maddi cəhətdən kompensasiya verməlidir. Ukraynaya dəymiş ziyan 600 milyard avroya yaxındır. Rusiya və rus oliqarxları Ukraynanın bərpası üçün pul ödəməlidirlər.
Ursula fon der Leyen bildirib.