Yanvarın 9-da Ermənistandan Qarabağa ötürülən yeganə yüksək gərginlikli 110 kV-luq xəttinin 33-cü km-də qəza baş verib. 

“Korrupsiya.az” erməni KİV-lərinə istinadən xəbər verir ki, Gorus-Xankəndi xətti Laçın ərazisində zədələnib.

Qeyd olunub ki, hazırda vəziyyətin bərpa edilməsi mümkün deyil. Buna görə də elektrik enerjisi müvafiq məhdudiyyətlərlə yerli generasiya stansiyaları vasitəsilə veriləcək.

Qarabağda qanunsuz yerləşən terrorçu qruplaşma erməni əhalidən enerjiyə mümkün qədər qənaət etməyi tələb edib.

Paylaş