Filippin sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.
Bildirilir ki, yeraltı təkanların episentri Qərbi Davao vilayətinin 22,5 min nəfərdən çox əhalisi olan Sarangani bələdiyyəsindən 352 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 64 km dərinliyində olub.