“Bizim əmək qanunvericiliyində onlayn işləmək anlayışı yoxdur. Mən azərbaycanlıların xaricdə onlayn işlərdə işləyib gəlir əldə etməsinə qarşı deyiləm. Əksinə, bu stimullaşdırılmalıdır. Amma bizim qanunvericiliyə görə, onların bank hesabına gələn məbləğ gəlir və mənfəət vergisinə cəlb olunur”.

“Korrupsiya.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

“Avropa ölkələrinin çoxunda bu gəlirlər vergidən azaddır. Dövlət vətəndaşına deyir ki, əgər burada yaşayırsansa, öz əməyini xaricə satıb qazandığın gəlirləri ölkənə gətirirsənsə, 10 il müddətinə vergilərdən azadsan. Düşünürəm ki, bu məsələlərdə biz də vətəndaşlarımızı motivasiya etməliyik. Həmin gəlirlərin ölkəmizə gəlməsi daha önəmlidir, nəyinki o gəlirlərdən tutulan vergi”, – deyə komitə sədri bildirib.

Paylaş